AZ

Polşa miqrasiya təzyiqinə görə Almaniya və Litva ilə sərhədlərdə yoxlamalar tətbiq edir

Polşa qeyri-qanuni miqrantların sayının artması ilə bağlı narahatlıqlar fonunda Almaniya və Litva ilə sərhədlərdə müvəqqəti nəzarət tətbiq edib.

Bu barədə “Report” “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, nəzarət tədbirləri bu gündən qüvvəyə minib və sərhədi şimal və qərb istiqamətindən qanunsuz keçən miqrant axınının qarşısını almaq məqsədi daşıyır. Yeni tədbirlər 30 gün davam edəcək, lakin hökumət bu müddətdən sonra onların uzadılacağını istisna etmir. Oxşar addımları daha əvvəl Niderland, Belçika və Almaniya da atıb.

“Hər şey insidentsiz davam edir. Hazırda nəqliyyatın hərəkəti fasiləsizdir, 800 polis əməkdaşı, 200 jandarma əsgəri, 500 ərazi müdafiəsi döyüşçüsü - bütün xidmətlər tam hazırlıq vəziyyətindədir”, - agentlik Polşanın daxili işlər naziri Tomaş Semonyakdan sitat gətirir.

O vurğulayıb ki, nəqliyyat vasitələrini yalnız dövlət işçilərinin, o cümlədən sərhədçilərin yoxlamaq hüququ var.

Polşa Sərhəd Mühafizəsinin məlumatına görə, Litva ilə sərhəddə Estoniya vətəndaşı Əfqanıstandan 4 şübhəli qanunsuz miqrantı daşıdığı üçün saxlanılıb.

Seçilən
3
23
report.az

10Mənbələr