AZ

Polşasərhəd nəzarətini bərpa etdi

Ajans.az euronews-a istinadən xəbər verir ki, Polşa Almaniya ilə Litva ilə sərhədlərdə nəzarəti bərpa edib. Bu addım Berlində tətbiq olunan oxşar tədbirlərə cavab olaraq atılıb. Polşa Baş naziri Donald Tusk tərəfindən ötən həftə elan edilən dəyişikliklər bazar ertəsi qüvvəyə minib. "Avropada hərəkət azadlığının tərəfdarı olaraq qalırıq, lakin bu, bütün qonşuların ortaq iradəsinə, simmetrik və birlikdə atılan addımlara əsaslanmalıdır ki, sərhədlərimizdən nəzarətsiz miqrant axını minimuma endirilsin", – deyə Tusk bildirib. Daxili işlər naziri Tomasz Syemonyak isə nazirliyin sosial şəbəkə paylaşımında qeyd edib ki, bu nəzarət tədbirləri "sərhədi qeyri-qanuni şəkildə keçən miqrantların qaçaqmalçılığı ilə məşğul olanlara" yönəlib. "Olağan səyyahların narahat olmasına heç bir səbəb yoxdur", – deyə o əlavə edib. Sərhəd xidməti sözçüsünün PAP xəbər agentliyinə verdiyi məlumata görə, nəzarət avtobuslar, mikroavtobuslar, çoxsaylı sərnişin daşıyan avtomobillər və tünd şüşəli nəqliyyat vasitələrinə şamil ediləcək. Yoxlamalar ilkin mərhələdə 30 gün davam edəcək. Lakin Polşa hökuməti müddətin uzadılmasını da istisna etməyib. Polşada son günlərdə ifrat sağçı qrupların Almaniyanın Qərbi Avropaya daxil olan miqrantları sonradan Polşa ərazisinə yönləndirdiyi iddiaları səbəbilə Tusk üzərində təzyiqlər artıb. Tusk yaxın günlərdə parlamentdə etimad səsverməsindən keçmişdi. Almaniya kansleri Fridrix Mers isə bu iddiaları təkzib edib.

Almaniya və Polşa 467 kilometrlik sərhədi paylaşır və hər iki ölkə Şengen zonasına daxildir. Bu zona vətəndaşlara sərbəst şəkildə sərhədləri keçməyə imkan verir.

Seçilən
5
2
Ajans.az

10Mənbələr