AZ

Tayvanda təbii fəlakət faciəyə səbəb oldu - Yaralananlar var - VİDEO

Tayvanın cənub-qərbinə "Danas" tayfunu baş verib.

Milli.Az xəbər verir ki, bu barədə adanın Fövqəladə Hallar Mərkəzi məlumat yayıb.

Təbii fəlakət nəticəsində azı 28 nəfər xəsarət alıb.

Ümumilikdə 2.8 min nəfər isə təhlükəsiz ərazilərə təxliyə olunub.

Təbii fəlakət səbəbilə 85 mindən çox evdə elektrik təchizatında fasilələr yaranıb. Bəzi sahilyanı bölgələrdə məktəblər və idarələr müvəqqəti bağlanıb.

Milli.Az

Seçilən
14
50
milli.az

10Mənbələr