"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Rusiyada yaşayan azərbaycanlılara qarşı baş verən hücumlarla bağlı fikirlərini paylaşıb.
Paylaşımda deyilir:
"Rusiyada diasporumuzun fəallarına qarşı qanunsuzluq faktları artır. Xüsusilə Sverdlovskda diaspor rəhbəri Şahin Şıxlinskinin saxlanması və məlum barbar formada saxlanması da anormal hadisə oldu, onun məlum qeyri-dövlət üsulları ilə buraxılması da anormal oldu. Birinci halda Rusiya diasporumuza qarşı hörmətsizlik etdi, ikinci halda isə dövlətimizə sayqısızlıq etdi...
Nəticə budur - faktlar bir-bir artır..."
Mətləb