AZ

Sabunçu rayonunda soyğunçuluq edən şəxslər saxlanılıblar

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib. 

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 manat dəyərində mobil telefonunu zor tətbiq edərək ələ keçiriblər. 

Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 17 və 16 yaşlı Bakı şəhər sakinləri saxlanılıblar. 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
14
17
operativmedia.az

10Mənbələr