Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında uzun müddət gözləniləndanışıqlar müəyyən maneələrlə üzləşib. Ekspertlər ləngimənin əsassəbəblərdən biri kimi Ermənistanda daxili siyasi qeyri-sabitlik vəkonstitusiya ilə bağlı məhdudiyyətləri göstərir. Ermənistan tərəfimütəmadi olaraq hazır olduğunu bəyan etsə də, sənədin imzalanamasıhər dəfə ertələnir ki, bu da öz növbəsində Cənubi Qafqazda əldənçıxmış iqtisadi və geosiyasi imkanlarla bağlı həyəcan doğurur.
Bu mövzu "Baku Network" analitik mərkəzinin “Real World Order”siyasi proqramının bu yaxınlarda çıxan buraxılışında müzakirəolunub. Aparıcı Elnur Ənvəroğlunun apardığı müsahibədə macarprofessor Laslo Vaşa “siyasi yubanma” prosesinə görə Ermənistanısərt tənqid atəşinə tutub.
“Azərbaycan əsas məsələlərlə bağlı ardıcıl şəkildə tələblərirəli sürüb, – deyə Vaşa bildirib. – Ermənistan üçün sülh imzalamaqhəm məntiqli, həm də sərfəli olardı, əks halda çox şeyitirəcək”.
Onun fikrincə, Azərbaycan və Türkiyə kimi regional oyunçulararasında yerləşən Ermənistanın manevr imkanları olduqca məhduddur.Üstəlik, Şərq-Qərb strateji nəqliyyat dəhlizi olan Orta Dəhliz onunərazisindən yan keçdiyi üçün bu, təcrid olunmaq riskiniartırır.
“Ermənistan konstitusiyasında əks olunan Qarabağ iddialarındanəl çəkməlidir”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, məhz bu müddəa sülhə əngəl olan əsas maneəolaraq qalmaqdadır. Vaşa xatırladıb ki, keçmişdə Macarıstanqonşuları ilə münasibətləri normallaşdırmaq üçün bənzərkonstitusiya müddəalarını ləğv etmişdi.
“Əgər Ermənistan konstitusiyanı dəyişməsə, gələcəkdə istənilənyeni hakimiyyət sülh sazişini yenidən nəzərdən keçirə bilər, – deyəo əlavə edib. – Buna görə də Azərbaycanın konstitusiyaya düzəlişləredilməsini tələb etməsi tam əsaslıdır”.
Laslo Vaşa, həmçinin, Ermənistan diasporunun və müxalifətinindağıdıcı roluna diqqət çəkib. Onun sözlərinə görə, məhz onlar sülhprosesini əngəlləyir: “Diaspora həm Ermənistanın daxili siyasətinə,həm də beynəlxalq əlaqələrinə ciddi təsir göstərir”.
Ekspert Ermənistanın yenidən danışıqlara beynəlxalq vasitəçiləricəlb etməyə çalışmasını da tənqid edib:
“Uzun illər vasitəçilikdən sonra, nəhayət, birbaşa danışıqlarbaşlayıb. İndi isə Ermənistan tərəfi yenidən köhnə modelə qayıtmaqistəyir – bu, təəssüf doğurur. Onlar özlərinə əmin deyillər, onagörə də qərbdəki müttəfiqlərinin güclü təsirə malik olduğubeynəlxalq strukturlar vasitəsilə dəstək axtarırlar”.
Humanitar məqamlardan danışan Laslo Vaşa Avropa İttifaqını ikilistandartlarda ittiham edib: “Onlar Azərbaycandakı ermənilərinhüquqlarından danışırlar, amma azərbaycanlıların geri qayıtmaqhüququnu görməzdən gəlirlər”.
Bununla belə, ekspert ehtiyatlı nikbinlik nümayiş etdirib vəFransa ilə Almaniya arasındakı müharibədən sonrakı barış nümunəsinixatırladıb. Lakin o vurğulayıb ki, əgər Ermənistan mövqeyinidəyişməsə, Azərbaycan, Gürcüstan və Türkiyə kimi qonşularıirəlilədiyi halda, özü regional proseslərdən kənarda qalabilər.
“Orta Dəhliz region üçün "qızıl dövr"ün başlanğıcı ola bilər, –deyə o qeyd edib. – Amma əgər Ermənistan sülh imzalamasa, kənardaqalmaq riski ilə üzləşə bilər”.
Onun sözlərinə görə, rəsmi İrəvan gec-tez sazişi imzalamağaməcbur olacaq. “Böyük oyunçulara sülh və riski olmayan sabit bizneslazımdır”, – deyə Vaşa vurğulayıb.
“Ehtiyatlı nikbinliyimi qoruyuram, – deyə o yekunlaşdırıb. –Amma bəzi xarici qüvvələrin bölgədə gərginliyi saxlamaq üçünsabitliyi pozmağa çalışması riski var”.