AZ

Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi

 

Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Məhkəmə prosesləri üzrə strategiyalar” mövzusunda üçüncü paneli Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Azərbaycan Baş prokurorunun birinci müavini Elçin Məmmədovun əsas natiqlər qismində iştirakı ilə baş tutub.

Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Panel müzakirəsi çərçivəsində Azərbaycan ərazilərinin işğalı, habelə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi zamanı Ermənistan tərəfindən törədilmiş cinayətlərlə bağlı ölkəmiz tərəfindən başladılan beynəlxalq məhkəmə prosesləri, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəmə prosesindən bəhs olunub.

 

Seçilən
17
50
sitat.info

10Mənbələr