AZ

İran və üç ölkə arasında nüvə müzakirələri iyulun 25-də İstanbulda keçiriləcək

İran 2015-ci il nüvə sazişinin Avropa tərəflərinin tələbi ilə nüvə danışıqlarının yeni mərhələsinə razılaşıb.

İran dövlət televiziyası bu barədə məlumat yayıb.

İyulun 25-i cümə günü İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək nüvə müzakirələrində İranı xarici işlər nazirinin müavinləri Məcid Təhtrevançi və Kazım Qəribabadi təmsil edəcək.

E3 kimi tanınan İranla nüvə sazişinin Avropa tərəfləri, İngiltərə, Fransa və Almaniya mayın 16-da İstanbulda xarici işlər nazirlərinin müavinləri səviyyəsində görüşüblər. Tərəflər ABŞ və İran arasında davam edən danışıqlar zamanı aparılan danışıqların davam etdirilməsi barədə razılığa gəliblər.

İran və ABŞ arasında danışıqlar prosesi davam edərkən, İsrail iyunun 13-də İrana hücuma keçdi və həm ABŞ, həm də Avropa ilə danışıqlar prosesi yarımçıq qalmışdı.

Seçilən
28
5
aznews.az

10Mənbələr