Demokrat.az-a açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov deyib ki, sertifikasiya imtahanlarında kollec məzunu olan müəllimlərin nəticələrinin aşağı olması əslində təəccüblü deyil:
“Çünki zamanında kolleclərdə aparılan qanunsuz qəbullar, eyni zamanda kollec təhsilinin keyfiyyətcə geridə qalması bu vəziyyətə səbəb olub. Çoxsaylı ixtisaslı müəllim adı ilə fəaliyyət göstərən şəxslər var ki, onlar məktəb təhsilini də keyfiyyətsiz təhsil alaraq başa vurublar. Emin Əmrullayevin də qeyd etdiyi kimi, səbəblərdən biri budur ki, kolleclərdə müəllim ixtisası üzrə hazırlıq dayandırılıb. Bu da çox doğru qərardır. Biz hər zaman deyirik ki, cəmiyyətin hərəkətverici qüvvəsi təhsildir. Təhsildə zəif bünövrə olanda, xüsusilə ibtidai sinif səviyyəsində, uşaqlar sonrakı mərhələlərdə daha ciddi çətinliklərlə qarşılaşırlar. Bu baxımdan, kolleclərdə müəllim hazırlığının dayandırılması zərurət idi. Bu gün sertifikasiyadan keçə bilməyən müəllimlər sırasında kollec məzunlarının çoxluğu da bunu sübut edir. Burada hansısa şəxslərə qarşı yönəlik bir münasibət deyil, məqsəd təhsilin keyfiyyətini artırmaqdır. Bu sistemə keçid necə təsir edəcək? Təbii ki, müsbət təsir göstərəcək. Çünki ibtidai sinif müəllimi kimi işləyən, lakin yetərli hazırlığı olmayan şəxslərin yerini, imtahan nəticələrinə əsasən, daha hazırlıqlı müəllimlər tutacaq. Bu isə ibtidai təhsilin və bütövlükdə ümumi təhsilin keyfiyyətini yüksəldəcək. Bu baxımdan, sertifikasiya prosesi və kollec müəllimliyinin ləğvi təhsildə keyfiyyətin artmasına, müəllim nüfuzunun yüksəlməsinə və ölkənin kadr potensialının güclənməsinə xidmət edir”.
Leyla Turan
Demokrat.az
10Mənbələr
-
axar.azRusiya və Ukrayna arasında bu tarixdə danışıqlar olacaq ( 19510430)
-
demokrat.azZəngəzur dəhlizi suverenlik hüququna xələl gətirməməlidir – İran XİN ( 19503206)
-
fanat.azII Liqaya iştirak xatirinə çıxmamışıq Klub prezidenti ( 19502405)
-
demokrat.azBu, müəllim nüfuzunun yüksəlməsinə və ölkənin kadr potensialının güclənməsinə xidmət edir — Ekspert ( 19500485)
-
news24.azİran: ABŞ ilə müzakirə gündəmdə deyil ( 19486073)
-
azedu.azMüəllimlər geyim koduna etiraz edir ( 19489814)
-
aznews.azİran və üç ölkə arasında nüvə müzakirələri iyulun 25-də İstanbulda keçiriləcək ( 19487171)
-
7news.azTehranda İran, Çin və Rusiya arasında nüvə proqramı ilə bağlı üçtərəfli görüş keçiriləcək ( 19486664)
-
news24.azİran: ABŞ ilə müzakirə gündəmdə deyil ( 19485998)
-
sfera.azİran ABŞ ilə danışıqlar aparmayacaq XİN ( 19485116)