AZ

II Liqaya iştirak xatirinə çıxmamışıq Klub prezidenti

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Növbəti mövsüm II Liqada debüt edəcək "Şirvan" komandası heyətinin komplektləşməsini yaxın iki həftə ərzində yekunlaşdıracaq.

Bu barədə Fanat.Az-a klubun prezidenti Ramil Tağıyev məlumat verib.

O, gələcək planlarla bağlı da danışıb: "Hazırda heyətlə bağlı işlər görülür. Avqustun ilk günlərinə qədər komandanın komplektləşməsini başa çatdırmaq istəyirik. Bundan sonra biz sizə məlumat verərik. İndi nə desəm, natamam məlumat olacaq, çünki ortada rəsmi bir şey yoxdur. Onu deyə bilərəm ki, komanda Pərviz Bayramovun baş məşqçiliyi altında II Liqaya tam hazır olacaq. Avqustun ilk həftəsindən sonra yoxlama oyunları təşkil etməyi düşünürük. Komandanın nəyə qadir olduğunu, yenilərin heyətə uyğunlaşmasını görmək üçün 2-3 oyun keçirəcəyik. Ümumiyyətlə çempionatın başlamasına qədər qalacaq bir ay, bir ay yarım müddət ərzində ciddi hazırlıq keçirəcəyik.

Çempionat oyunlarımızı Olimpiya Kompleksinin stadionunda keçirəcəyik. Sağ olsunlar, orada bizim üçün yaxşı şərait yaradıblar. Könül istərdi ki, Şİrvan şəhər stadionunda məskunlaşaq, amma ora indi yaxşı vəziyyətdə deyil. Bu üzdən Olimpiya Kompleksinin xidmətindən yararlanacağıq".

Klub funksioneri qarşıdakı mövsümlə bağlı əsas hədəfləri də açıqlayıb: "II Liqaya iştirak xatirinə çıxmamışıq. Düzdür, ilk mövsüm uyğunlaşma baxımından əsas olacaq, amma həm də iddiamızı ortaya qoymaq istəyirik. II Liqada əsas məqsədimiz sabit çıxış etməkdir. Turnir cədvəlində layiqli yer tutmağı və növbəti mövsümlərdə I Liqaya yüksəlmək üçün güclü baza formalaşdırmağı hədəfləyirik".

Qeyd edək ki, "Şirvan" Region Liqasında "Xankəndi"yə uduzaraq 2-ci yeri tutub. Belədə, komanda II Liqanı sonuncudan əvvəlki - 13-cü yerdə başa vuran "Lerik"lə pley-off oyununda üz-üzə gəlib. Pərviz Bayramovun komandası əlavə vaxta qədər uzanan gərgin matçda 3:2 qalib gələrək II Liqaya vəsiqə əldə edib.

Mirağa 

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
17
fanat.az

10Mənbələr