"Beşiktaş" klubu "Benfika"nın futbolçusu Orkun Kökçünü transfer etmək istəyir.
Offsideplus.az xəbər verir ki, İstanbul klubunun prezidenti Serdal Adalı türkiyəli yarımmüdafiəçi üçün Lissabona yollanıb. "Qara qartal" onu satınalma şərti ilə birlikdə icarəyə götürmək istəyir. "Benfika" 24 yaşlı futbolçu üçün 30 milyon avro tələb edir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Orkun 2023-cü ildən "Benfika"da çıxış edir. "Qartallar" onu heyətinə qatmaq üçün "Feyenoord"a 30 milyon ödəyib. Onun klubla 3 illik müqaviləsi qalıb.
Türkiyəli futbolçu başa çatan mövsüm 55 oyunda 12 qol vurmağı bacarıb.