Müdafiə sənayesi istehsalının hazırkı və proqnozlaşdırılan səviyyələrində Ukraynaya göndərilən silahların dəyişdirilməsi illər çəkəcək.
Herbiand.az bildirir ki, bu barədə The Wall Street Journal məlumat yayıb
“ABŞ istehsalı 20 il dayandırdıqdan sonra ayda 60-a qədər Stinger istehsal edir. Bu sürətlə Kiyevə göndərilən avadanlığın dəyişdirilməsi dörd ildən çox vaxt aparacaq”, - qəzet yazır.
Eyni zamanda, nəşr qeyd edir ki, Stinqer-ə tələbat artır, çünki onlar ABŞ-ın daha çox silah sistemlərinə inteqrasiya olunub. Bu silah, məsələn Amerikanın Tayvan kimi tərəfdaşları tərəfindən tələb olunur.
Bəxtiyar CƏFƏRLİ