Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən Fenerbahçe, Jhon Duran transferindən sonra Milan Skriniar transferində də son mərhələyə gəlib.
BÖYÜK ÖLÇÜDƏ RAZILIQ ƏLDƏ EDİLDİ
Fənərbaxça, ötən mövsümdə icarə əsasında çıxış edən və Paris Saint-Germain klubuna məxsus olan 30 yaşlı müdafiəçi Milan Skriniarın transferi üçün böyük ölçüdə razılığa gəlib.İSTANBULA GƏLMƏSİ GÖZLƏNİLİR
Keçən həftə meneceri İstanbula gələn Skriniarın da qısa zamanda şəhərə gəlməsi gözlənilir. 14 iyulda başlayacaq Portuqaliya təlim-məşq toplanışından əvvəl komandaya qoşulması planlaşdırılan Skriniar, hazırlıqlara birbaşa qatılacaq.TRANSFER ƏVƏZİNƏ 12 MİLYON AVRO
Fənərbaxça bu transfer üçün Fransa təmsilçisi Paris Saint-Germain klubuna 12 milyon avro təzminat ödəyəcək və bu razılaşmada müxtəlif bonus maddələri də yer alacaq. Digər tərəfdən, 30 yaşlı Milan Skriniar, sarı-lacivərtli klubla 3 illik müqavilə imzalayacaq.