AZ

“Leau bu mövsüm özünü daha yaxşı tərəfdən göstərəcək”

"Milan" klubunun yeni baş məşqçisi Massimiliano Alleqri komandanın hücumçusu Rafael Leau ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “Milan News”a istinadən yaydığı xəbərə görə, təcrübəli çalışdırıcı portuqaliyalı futbolçunun potensialına güvəndiyini vurğulayıb:

“Bu səhər onunla danışdım. Düşünürəm ki, artıq yetkinləşmək zamanıdır. Rafael yaxşı oğlandır və əminəm ki, bu mövsüm bizimlə birlikdə əla performans göstərəcək”.

Qeyd edək ki, Rafael Leau geridə qalan mövsümdə “Milan”ın heyətində bütün turnirlərdə 50 matçda iştirak edib, 12 qol vurub və 13 məhsuldar ötürmə ilə yadda qalıb. 25 yaşlı futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı Leaunun bazar dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
22
4
90deqiqe.az

10Mənbələr