ABŞ prezidenti Donald Trampın oğlu Berron Tramp kiçik yaşlarından lüks və rahatlıq mühitində böyüyüb. Onun uşaqlığı insanların çoxu üçün əlçatmaz görünən unikal şaraitlərlə dolu olub.
Publika.az xəbər veir ki, indi isə romantik münasibətlə bağlı ilk söz-söhbətlər artıq ortaya çıxıb.
Doğulduğu andan Berron eksklüzivlik mühitində yaşayıb. Onu bahalı oyuncaqlar, dəbdəbəli mənzillər və valideynlərinin daimi diqqəti əhatə edib. Hələ uşaq ikən dəriyə qulluq üçün ən yaxşı kosmetoloqların xidmətlərindən, o cümlədən Melaniya Trampın özünün oğlunun gündəlik rejiminin bir hissəsi adlandırdığı qara kürü ilə prosedurlardan istifadə edib. Deyib ki, hər axşam Berrona bu nəmləndirici krem çəkilir.
O, uşaqlığını Trampın məşhur "Fifth Avenue" iqamətgahında keçirib. Orada onun öz otağı, qonaq otağı, mətbəxi və hətta dayə üçün otaqları olub. Melaniya qeyd edib ki, Berron çox sakit, ağlamayan və hərəkət etməyən uşaq olub.
Berron da parlaq təhsil alıb. O, Kolumbiya Liseyi və Potomakdakı Müqəddəs Endryu Hazırlıq Məktəbi kimi nüfuzlu məktəblərdə oxuyub, burada illik ödənişlər 50 000 dollara çatıb. 2021-ci ildə Floridaya köçdükdən sonra o, Palm Biçdəki "Oxbridge" məktəbinə gedib. Burada isə təhsil haqqı ildə təxminən 38 000 dollara başa gəlib.
Gənc olmasına baxmayaraq, mətbuatda Berronun sevgilisi olması ilə bağlı şayiələr yayılıb. Onun potensial romantik partnyoru sayılan 19 yaşlı tələbə artıq hər kəsin diqqətini çəkib.