AZ

Tixanovskaya Trampa: "Lukaşenko ilə münasibətləri bərpa etmə"

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ABŞ prezidenti Donald Trampı respublika rəhbəri Aleksandr Lukaşenko ilə münasibətləri bərpa etməməyə çağırıb.

Qaziler.az-ın məlumatına görə, “Politico” onunla olan müsahibəni dərc edib.

"Sizin tərəfinizdən bəzi güzəştlər, sanksiyaların yumşaldılması və ya insanların azadlığa buraxılması fonunda vəziyyəti normallaşdırmayın. Lukaşenko mükafatlandırılmamalıdır, cəzalandırılmalıdır", - Tixanovskaya deyib.

İyunun 21-də Belarusda prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın əri də daxil olmaqla 14 siyasi məhbus azad edilib. Onlar Aleksandr Lukaşenko ilə Trampın xüsusi nümayəndəsi Keyt Kelloqun görüşündən sonra sərbəst buraxılıblar. Keçmiş məhbuslar Litvaya göndərilib, orada qohumları və dostları ilə görüşüblər. Polşa Xarici İşlər Nazirliyi azad edilənlər arasında onların üç həmyerlisinin də olduğunu bildirib.

QAZİLER.AZ

Seçilən
16
4
qaziler.az

10Mənbələr