AZ

Rusların adəti belədir...

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov hazırda Bakıdadır. Rəsmi protokol baxımından Kurenkov ilk növbədə Beynəlxalq Mülki Müdafiə Təşkilatının iclasında iştirak etmək üçün paytaxtımıza gəlib. Lakin bu, aysberqin görünən tərəfidir.

Əsl həqiqətdə isə, Aleksandr Kurenkovun Bakıda Rusiya-Azərbaycan münasibətlərindəki son gərginliklərlə bağlı da müzakirələr aparacağı gözlənilir.

Hər halda, bəzi Teleqram kanallar belə bir iddia ilə çıxış ediblər. Onların məlumatına görə, Aleksandr Kurenkov səfər əsnasında rəsmi Bakıya Vladimir Putinin şəxsi mesajını çatdıra və digər məsələlərlə yanaşı, saxlanılan Rusiya vətəndaşların məsələsinə də toxuna bilər.

Burdan isə belə bir nəticəyə gəlmək olar ki, Kreml artıq hazırkı kritik məqamda Azərbaycanla gərginliyin Rusiya üçün zərərli perspektivlərini nəzərə alaraq geri addım atmağı, eskalasiyanı dayandırmağı qərara alıb. Kremlin sözçüsü Dmitri Peskovun Aleksandr Kurenkovun Bakıya səfəri ərəfəsində Moskvanın Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəsiyini dilə gətirməsi də bunu deməyə əsas verir.

“Moskva ilə Bakı tərəfdaş və müttəfiq olaraq qalmalıdır. Rusiya ilə Azərbaycan arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir. Moskva Bakı ilə tərəfdaşlıq və müttəfiqlik münasibətlərində qalmaq istəyir və hesab edir ki, bütün fikir ayrılıqları konstruktiv şəkildə həll edilməlidir. Biz əvvəlki kimi hesab edirik ki, məntiq yalnız bir şeydən danışır: Rusiya və Azərbaycan ən yaxın tərəfdaş və müttəfiq ölkələrdir və belə də qalmalıdırlar. Yaranan problemlər, şübhəsiz ki, konstruktiv şəkildə həll edilməlidir. Bu, bizim ikitərəfli münasibətlərimizin ümumi ruhuna uyğun gəlməlidir”.

Beləliklə, hesab etmək olar ki, Moskva artıq səhvini anlayıb. Rusların adəti belədir: onlar əvvəlcə ayı kimi hozuluq edib münasibətləri korlayır, sonra isə səhvlərini düzəltməyə başlayırlar.

Seçilən
9
13
vaxt.az

10Mənbələr