Ajans.az xəbər verir ki, görüşdə qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) tərksilah prosesi müzakirə edilib. Hələ ki, Prezident Administrasiyası tərəfindən görüşün məzmunu və nəticələri ilə bağlı rəsmi açıqlama verilməyib. DEM partiyası isə yayımladığı bəyanatda həmsədrləri Pervin Buldan və Mithat Sancarın PKK-nın tərksilahı ilə bağlı konkret təkliflərini Prezident Rəcəb Tayyib Ərdoğana təqdim etdiklərini bildirib. Qeyd olunur ki, görüşdə prosesin irəliləməsi və qarşılıqlı iradənin mövcudluğu vurğulanıb. Türkiyə mətbuatı Prezident Ərdoğanın bu görüşünü Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının İraqa gözlənilən səfəri ilə əlaqələndirirlər. Qeyd olunur ki, bu səfər çərçivəsində PKK-nın tərksilahı və bu prosesin nəzarəti ilə bağlı konkret məsələlərin müzakirəsi planlaşdırılır.

Türkiyə tərəfi PKK-nın terror fəaliyyətinə qarşı mübarizə aparmaqla yanaşı, bölgədə təhlükəsizliyi gücləndirmək və təşkilatın tamamilə zərərsizləşdirilməsini təmin etmək niyyətini davam etdirir.