AZ

Ərdoğan DEM Partiyasının nümayəndələri ilə PKK-nın tərksilah edilməsini müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) nümayəndələri ilə respublikada qadağan edilmiş PKK terror təşkilatının tərksilah edilməsi prosesini müzakirə edib.

Demokrat.az bu barədə "Haber Global" telekanalına istinadla xəbər verir.

Görüş bir saatdan çox davam edib. Türkiyə liderinin administrasiyası görüşün nəticələrinə dair hələ rəsmi məlumat yaymayıb.

Seçilən
11
2
demokrat.az

10Mənbələr