AFFA prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) rəhbəri Sayed Mohsen Gilan iilə görüşüb.
90deqiqe.Az-ın məlumatına görə, görüş zamanı AFFA və PFF arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.