AZ

Rövşən Nəcəf Sayed Mohsen Gilani ilə görüşdü

Bu gün AFFA prezidenti Rövşən Nəcəf ilə Pakistan Futbol Federasiyasının (PFF) prezidenti Sayed Mohsen Gilani arasında görüş keçirilib.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, görüş zamanı AFFA və PFF arasında qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Görüşdə AFFA-nın icraçı-vitse prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.

Seçilən
9
19
arena.az

10Mənbələr