AZ

ABŞ-də naməlum şəxs sərhəd patrulunun binasına hücum etdi

BAKI. 7 iyul. TELEQRAF

Texasda naməlum şəxs sərhəd patrulunun binasına hücum edib, nəticədə üç nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

"Naməlum şəxs Texas ştatının Mak-Allen şəhərində Amerika Birləşmiş Ştatlarının sərhəd patrul sektorunun girişində atəş açıb", - paylaşımda qeyd olunub.

Bildirilir ki, hadisə nəticəsində iki polis əməkdaşı və bir sərhəd patrul əməkdaşı yaralanıb, hücum edən şəxsi neytrallaşdırmaq mümkün olub.

Seçilən
18
23
teleqraf.com

10Mənbələr