AZ

"Dünya uçuruma foğru: "Canlı Nostradamus"dan qorxulu peyğəmbərliklər" - "Daily Mail"

"Atos Salome 2026-cı ilə qədər Ukraynanın parçalanacağını, dolların çökməsini və ÜST-ün təhlükəli nəzarət planlarını öncədən xəbər verir..."

Braziliyalı mistik Atos Salome özünü "canlı Nostradamus" adlandırır və bir sıra dəqiq peyğəmbərlikləri ilə tanınıb. Onun ardıcıl şəkildə əvvəlcədən xəbər verdiyi hadisələr arasında COVID-19 pandemiyası, Kraliça II Yelizavetanın ölümü, Ukrayna müharibəsinin başlanması və 2022 Dünya Çempionatının qalibi yer alır.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Daily Mail" nəşri yazıb.

Salome öz "öncəgörmələrini" qeyri-adi ruhi vəziyyətlərdə, ətraf aləmdən qoparaq alır. O bildirir ki, bu istedad ona ailəsindəki çingənə köklərdən keçib və uşaq yaşlarından özündə fərqlilik hiss edib. Onun sözlərinə görə, bu bir "seçim" deyil, "müqəddəratdır"

"Kobalt Fırtınası" - yeni nəsil hibrid müharibəsi

Salomenin son peyğəmbərliklərindən biri "Kobalt Fırtınası" adını daşıyan gizli bir layihə ilə bağlıdır. Onun iddiasına görə, bu Çin və Rusiyanın birgə planıdır və əsas məqsədi ABŞ, Avropa və Yaponiyanın enerji və rəqəmsal infrastrukturlarını sıradan çıxarmaqdır. Bu müharibə tamamilə görünməzdir - nə tanklar, nə də təyyarələr var. Bunun əvəzinə bank sistemləri, peyklər, hava limanları, rəqəmsal şəbəkələr iflic ediləcək. Artıq Avropanın bəzi bölgələrində qeyri-adi elektrik kəsintiləri bu hücumların başlanğıcı kimi qiymətləndirilir.

Dolların süqutu və yeni qlobal pul vahidi

Salome həmçinin "Afin Protokolu" adlı gizli maliyyə planı haqqında danışır. Onun dediyinə görə, bu plan Davos elitası və beynəlxalq kəşfiyyat orqanları tərəfindən hazırlanıb və dolların qlobal statusunu aradan qaldırmağa yönəlib. Yeni sistemdə dolların yerini qızıl, karbon və nadir torpaq elementləri ilə təmin olunmuş beynəlxalq pul vahidi alacaq. Bu model artıq Sinqapur, Çin, Rusiya, BƏƏ, Braziliya və İsveçrə banklarında sınaqdan keçirilir. Salome bildirir ki, növbəti iki il ərzində dollar taxtdan salınacaq və bu, bütün qlobal güc balansını dəyişəcək.

ÜST-ün gizli "nəzarət planı" - "Onlar"

Onun digər narahatedici peyğəmbərliyi Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə bağlıdır. Salome bildirir ki, ÜST "Onlar" adlandırdığı gizli bir layihə həyata keçirir. Layihə çərçivəsində emotional-biometrik identifikasiya sistemləri qaçqın düşərgələrində (xüsusilə Suriya və Sudanda) sınaqdan keçirilir. Bu sistemlər insanların emosional vəziyyətini izləməyə və davranışlarına görə xidmətlərə çıxışını məhdudlaşdırmağa yönəlib. Yəni insanlar artıq necə hiss etdiklərinə görə "rəqəmsal şəkildə qiymətləndiriləcək".

Ukraynanın sonu və Çinin səssiz hökmranlığı

Salomenin ən dramatik peyğəmbərliklərindən biri də Ukrayna münaqişəsi ilə bağlıdır. O, bildirir ki, 2026-cı ilin martına qədər müharibə bitəcək, amma bu qələbə deyil - ölkə parçalanacaq və Rusiyayönümlü ərazilər beynəlxalq səviyyədə tanınacaq. Ən əsası isə Çin bu prosesi səssiz şəkildə idarə edəcək və dünyanın yeni qaranlıq hakimi olacaq.

Qlobal iqlim fəlakətləri: Golf axınının zəifləməsi və dünyanı gözləyən tufanlar

Salome bildirir ki, 2025-ci ilin sonlarında Golf axını ciddi şəkildə zəifləyəcək və bu, fəlakətli hava hadisələrinə yol açacaq. Onun deməsinə görə:

  • - 2025-ci ilin avqust-sentyabr aylarında Karib hövzəsində və Şimali Atlantikada güclü qasırğalar baş verəcək;
  • - 2026-cı ilin yayında Qərbi Avropanı şiddətli quraqlıq, ardınca isə sürətli tropik tufanlar və çox sərt qış vuracaq;
  • - Nyu-York, Mumbay və Laqos kimi metropollar gözlənilməz daşqınlarla məhv olacaq.

"Bu, tanıdığımız dünyanın son ili ola bilər"

Atos Salome bütün bu peyğəmbərliklərinin onu məşhur etsə də, ictimai diqqətdən zövq almadığını, öz fəaliyyətini "ruhların səsinə itaət" kimi gördüyünü deyir. O,
sözlərini belə tamamlayır: "İstəməzdim belə şeylər söyləyim. Amma mənə gələn mesajlar açıq və sərt olur. Məncə, bu il dünya bizim tanıdığımız kimi sonuncu il olacaq".

Qeyd: Bu yazı Atos Salome adlı şəxsin metafizik və öncəgörücülük iddialarına əsaslanır və elmi sübutlara əsaslanmır.

Seçilən
12
11
moderator.az

10Mənbələr