AZ

Kəlbəcərdə hərbi maşın aşdı: xəsarət alanlar var

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.

1980-ci il təvəllüdlü sürücü Xaliq Quliyev UAZ markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hərbi qulluqçular Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.

Seçilən
7
12
axar.az

10Mənbələr