Ajans.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb. 1980-ci il təvəllüdlü sürücü Xaliq Quliyev UAZ markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hərbi qulluqçular Beyləqan rayon sakini 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini 2000-ci il təvəllüdlü Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.