AZ

“Kalaşnikov” yeni “Qranat-4-E” PUA-nın tədarükünə başlayıb

“Kalaşnikov” konserni müqavilə əsasında xarici müştərilərə qirostabilləşdirilmiş optik-elektron sistem (GOES) modulu olan “Qranat-4-E” mobil uzaqdan müşahidə sistemlərinin tədarükünü hazırlayıb və çatdırılmaya başlayıb.

Herbiand.az bu barədə konsernin mətbuat xidmətinə istinadən bildirir.

Yeni pilotsuz uçuş aparatı yaxın taktiki zonada passiv lazer yönləndirmə başlığı ilə yüksək dəqiqlikli döyüş sursatları üçün lazer hədəf təyinatını təmin edir.

“Qranat-4-E” pilotsuz uçuş aparatı 90 ilə 130 km/saat arası sürət yığa bilir. Uçuş çəkisi 55 kq-dan çox deyil. Birbaşa görünmə ilə istifadə radiusu 55 km-ə qədər, maksimal uçuş hündürlüyü 3000 metrdir.

Cihaz katapult vasitəsilə işə salınır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
271
50
herbiand.az

10Mənbələr