Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin bütün ərazisini işğal etməyə yaxınlaşıb.
Herbiand.az bildirir ki, bu barəə “New York Times” (NYT) xəbər verir.
Qəzetin yazdığına görə, bu, rus qoşunları Konstantinovkanı işğal etdikdən sonra baş verə bilər. Jurnalistlər şəhəri “əsas hədəf” adlandırıblar. Çünki o, Ukraynanın respublika ərazisində sonuncu ciddi müdafiə xəttini təşkil edən bir sıra yaşayış məntəqələrinə çıxış açır.
“Əgər o təslim olarsa, şimalda yerləşən demək olar ki, bütün şəhərlər Rusiyanın pilotsuz uçan aparatlarının əhatəsində olacaq. Bu, Moskvanı çoxdankı məqsədinə yaxınlaşdırar - bütün Donetski işğal etmək”, - nəşr yazır.
NYT-nin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Konstantinovkada Ukrayna Silahlı Qüvvələrinin ətrafında təxminən 16 kilometr uzunluğunda “torba” yaradıb. Nəşr aydınlaşdırıb ki, rus döyüşçüləri şərq, cənub və qərb istiqamətlərindən Ukrayna hərbçilərini qismən mühasirəyə alıblar.
Bəxtiyar CƏFƏRLİ