AZ

Lukaşenkoya keçi hədiyyə edildi

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki,  Lukaşenkoya hədiyyə olaraq bir keçi verilib. Belarus Prezidenti Aleksandr Lukaşenkoya bu heyvanların yetişdirildiyi damazlıq təsərrüfata səfəri zamanı iki keçi hədiyyə edilib.  “Möhtərəmə iki damazlıq keçi hədiyyə edildi. Cinsləri – alp və saanen. Təsərrüfata yeni əlavə,” – deyə məlumatda qeyd olunub. Bildirilib ki, əvəzində dövlət başçısı zarafatla özündə olan bir qoyunu hədiyyə etməyi təklif edib. Bundan əlavə, məlumatda qeyd olunur ki, Lukaşenko və onu müşayiət edən jurnalistlər yerli müəssisənin məhsullarını, o cümlədən keçi pendirini dadıblar.

17 iyun tarixində Lukaşenko inəyə abidə qoyulması ideyasını xatırladıb. O, bu qeyri-adi abidəni kənd təsərrüfatına həsr olunmuş səyyar seminar-müşavirədə xatırladıb və inəyin ölkə üçün həmişə önəmli bir heyvan olduğunu vurğulayıb. O, həmçinin insanların sağlamlığı üçün inəklərin sağlamlığına da diqqət yetirilməsinin vacibliyini qeyd edib: onlar yaxşı qidalanmalı və təmiz hava ilə nəfəs almalıdırlar.

Seçilən
4
5
Ajans.az

7Mənbələr