Belarus Prezidenti Aleksandr Lukaşenko Mqilyov vilayətində yerləşən keçi yetişdirmə zavoduna baş çəkib.
Modern.az Belarus mətbuatına istinadən xəbər verir ki, zavodda yerli məhsulları dadmazdan əvvəl o, keçi südünün xüsusi qoxusunun olub-olmadığını soruşub.
Mütəxəssislər xüsusi qoxunun olduğunu təsdiqlədikdə, Lukaşenko bildirib ki, belə olmamalıdır və nümunə kimi Rusiya məhsulunu göstərib.
“Keçi südünü görmüşəm, məni Rusiya səfərində Putin keçi südünə qonaq etmişdi. Əgər keçi südü olduğunu deməsəydi, inək südü zənn edərdim”, - deyə Belarus lideri bildirib.