Azvision saytından verilən məlumata görə, ain.az xəbər verir.
AzVision.az “MacRumors” nəşrinə istinadən xəbər verir ki, Ağ Evin Ticarət və İstehsal üzrə baş müşaviri Piter Navarro “Apple” texnologiya nəhəngini “iPhone” istehsalının Çindən çıxarılmasını qəsdən təxirə salmaqda günahlandırıb. Navarro “CNBC” telekanalıəna müsahibəsində bildirib ki, “Apple” şirkətinin rəhbəri Tim Cuk, Trumpın ilk prezidentliyi dövründən bəri yerdəyişmə üçün əlavə vaxt istəyir. Lakin, onun fikrincə, şirkət bunun üçün kifayət qədər addımlar atmayıb. Navarro müasir istehsal texnologiyalarının və süni intellektin inkişafını nəzərə alaraq nə üçün “Apple” şirkətinin öz smartfonlarının dünyanın digər ölkələrində, o cümlədən ABŞ-də istehsalına başlaya bilməməsini başa düşmədiyini də açıqlayıb. “Bir çox sənaye analitikləri və iqtisadçıları bundan əvvəl “Apple” şirkətinin istehsal müəssisələrinin ABŞ-yə köçürülməsi üçün ciddi logistika, iqtisadi və kadr maneələri barədə xəbərdarlıq etmişdilər. Hazırda şirkət 40-dan çox ölkədən minlərlə komponent alır”, - “MacRumors” diqqətə çatdırıb. Piter Navarronun bəyanatı Tramp administrasiyasının 2025-ci ilin aprelində elan olunmuş 90 günlük fasilədən sonra yeni tarifləri tətbiq etməyə hazırlaşması fonunda səsləndirilib. Bu fasilədən bir sıra ölkələr üçün ABŞ-yə ixraca 10% ilə 40% arasında yeni tariflər tətbiq edəcək ticarət müqavilələrinin yenilənməsi ilə bağlı danışıqlar aparmaq üçün istifadə olunub. Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.