Bu ilin sentyabr ayı üzrə Brent markalı neftin fyuçerslərinin qiyməti Londonun Intercontinental Exchange (ICE) birjasında bir barrel üçün 70 dollar həddini keçərək 24 iyundan bəri ilk dəfə bu səviyyəyə çatıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.
Moskva vaxtı ilə saat 18:27-yə olan məlumata görə, Brent neftinin qiyməti 0,56% artaraq 69,97 dollar təşkil edib. Cəmi bir neçə dəqiqə əvvəl bu göstərici 70 dolları keçmişdi.
Eyni zamanda qeyd olunur ki, bu ilin avqust ayı üzrə WTI markalı neftin fyuçerslərinin qiyməti 0,35% artaraq bir barrel üçün 68,17 dollar olub.
Bundan əvvəl, iyunun 23-də ICE birjasında avqust ayı üzrə Brent neftinin qiyməti 81 dolları keçərək 20 yanvardan bəri ən yüksək səviyyəyə çatmışdı.