AZ

Neft yenidən kəskin bahalaşdı

Londonun Qitələrarası Birjasında (ICE) bu ilin sentyabrında tədarük edilən Brent markalı neftin fyuçerslərinin qiyməti iyunun 24-dən bəri ilk dəfə olaraq bir barel üçün 70 dolları ötüb.

Publika.az xəbər verir ki, Bakı vaxtı ilə saat 19:27-yə olan məlumata görə, neftin qiyməti 0,56% artaraq 69,97 dollar/barelə çatıb. Cəmi bir neçə dəqiqə əvvəl göstərici iyunun 24-dən bəri ilk dəfə olaraq 70 dolları keçib.

Həmçinin qeyd edilib ki, WTI markalı xam neftin bu ilin avqustunda çatdırılma fyuçerslərinin qiyməti bir barel üçün 68,17 dollara (+0,35%) yüksəlib.

İyunun 23-də Londonun Qitələrarası Birjasında (ICE) bu ilin avqust ayında tədarük edilən Brent markalı neftin fyuçerslərinin qiyməti yanvarın 20-dən bəri ilk dəfə olaraq bir barel üçün 81 dolları ötüb.

Seçilən
185
50
publika.az

10Mənbələr