AZ

Trampdan Moskva və Pekini bombalamaqla bağlı SENSASİON XƏBƏRDARLIQ – Səs yazısı YAYILDI – VİDEO

CNN telekanalı ABŞ prezidenti Donald Trampın 2024-cü ildə seçki kampaniyasının donorları ilə keçirdiyi görüşdəki səs yazısını yayımlayıb. 

Bizim.Media xəbər verir ki, həmin görüşdə Tramp Putin və Si Cinpinə qarşı sərt hədələrindən fəxrlə danışır.

"Mən Putinə dedim: əgər Ukraynaya girsən, Moskvanı cəhənnəmə çevirəcəyəm. O, mənə inanmadı, amma təxminən 10% inandı. Bu kifayətdir”, - deyə Tramp bildirib.

Eyni şəkildə Trampın Çin lideri Si Cinpinlə olan danışıqları da səs yazısında öz əksini tapıb:

"Ona dedim: əgər Tayvana hücum etsəniz, Pekini bombalayacağam".

Trampın sözlərinə görə, Si Cinpin onun dəli olduğunu düşünüb, amma yenə də təxminən 10% bu hədəyə inanıb.

Bu səs yazısı Trampın beynəlxalq siyasətdə təzyiq və qorxu strategiyasına üstünlük verdiyini göstərir. Onun bu cür açıqlamaları ABŞ-ın xarici siyasətində hansı istiqamətdə hərəkət edə biləcəyinə dair ictimai və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.

 


Bizim.Media

phrase_var_article.chosen
68
19
bizim.media

10phrase_var_article.sources