AZ

Durzi Şeyxi Trampdan yardım istədi

ABŞ Dövlət Departamenti vətəndaşlarını təcili Suriyanı tərk etməyə çağırıb. 

Ölkə.az xəbər verir ki,  bu barədə Dövlət Departamentinin yaydığı məlumatda  qeyd olunub. 

ABŞ vətəndaşlarını "silahlı münaqişə" və "zorakılıq" səbəbilə Suriyanı tərk etməyə çağırıb.

"Əgər Suriyanı təkbaşına tərk edə bilirsinizsə, lütfən bunu edin. Amerika vətəndaşları Suriyadan İordaniyaya quru yolu ilə keçə bilərlər. Dəməşq və Hələb hava limanları da hazırda açıqdır. Suriyanı tərk etmək mümkün deyilsə,  olduğunuz ərazidə qalın", - Dövlər Departamentinin yaydığı xəbərdarlıq məlumatında deyilir.

İsraildəki druz icmasının lideri Şeyx Müvəffəq Tarif isə  ABŞ prezidenti Donald Trampı Suriyanın cənubundakı Suveydada yaşayan druzları qorumağa çağırıb.

Mürtəza

Seçilən
0
19
olke.az

10Mənbələr