ABŞ prezidenti Donald Trampın 2024-cü ildə kampaniya donorları ilə görüş zamanı etdiyi qalmaqallı çıxışın audioyazısını CNN yayımlayıb. Yazıda Tramp beynəlxalq liderlərə verdiyi sərt hədələrlə öyünür.
KONKRET.az xəbər verir ki, Tramp görüş zamanı bildirib:
“Mən Putinə dedim: əgər Ukraynaya girsən, Moskvanı bombalayacağam. O, mənə inanmadı. Amma 10 faiz qədər inandı. Bu da kifayət edir.”
Tramp daha sonra Çin lideri Si Tsinpinə də oxşar xəbərdarlıq etdiyini bildirib:
“Əgər Tayvana hücum etsəniz, Pekini bombalayacağam”, – demişəm. O, məni dəli hesab etdi. Amma 10 faiz qədər inandı. Əslində 5 faiz inam belə kifayətdir.”
Qeyd edək ki, Trampın bu açıqlamaları beynəlxalq münasibətlər və təhlükəsizlik baxımından ciddi narahatlıq doğura bilər.
Müşviq Tofiqoğlu,
KONKRET.az