ABŞ prezidenti Donald Trampın 2024-cü ildə kampaniya donorları ilə görüş zamanı etdiyi qalmaqallı çıxışın audioyazısını CNN yayımlayıb. Yazıda Tramp beynəlxalq liderlərə verdiyi sərt hədələrlə öyünür.
KONKRET.az xəbər verir ki, Tramp görüş zamanı bildirib:
“Mən Putinə dedim: əgər Ukraynaya girsən, Moskvanı bombalayacağam. O, mənə inanmadı. Amma 10 faiz qədər inandı. Bu da kifayət edir.” pizza mizza
Tramp daha sonra Çin lideri Si Tsinpinə də oxşar xəbərdarlıq etdiyini bildirib:
“Əgər Tayvana hücum etsəniz, Pekini bombalayacağam”, – demişəm. O, məni dəli hesab etdi. Amma 10 faiz qədər inandı. Əslində 5 faiz inam belə kifayətdir.”
Qeyd edək ki, Trampın bu açıqlamaları beynəlxalq münasibətlər və təhlükəsizlik baxımından ciddi narahatlıq doğura bilər.
Telegram kanalımız