AZ

Rusiya Ukraynaya qarşı rekord sayda hava hücumu həyata keçirib – İqnat

Rusiya bu gün Ukraynaya qarşı tammiqyaslı müharibə başlayandan bəri ən genişmiqyaslı hava hücumunu həyata keçirib. Bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin Mətbuat Xidmətinin rəhbəri Yuri İqnat televiziya marafonunun efirində məlumat verib.

Onun sözlərinə görə, hücum zamanı ümumilikdə 741 hava hücum vasitəsi – raketlər, döyüş və imitasiya dronları tətbiq olunub. Bunlardan 300-dən bir qədər çoxu “Şahed” tipli dronlar olub.

“Gəlin dərhal gərginliyi bir qədər azaldaq: söhbət 741 ‘Şahed’dən getmir. Onların sayı 300-dən bir qədər çox idi və onların böyük hissəsi hava hücumundan müdafiə vasitələrimiz tərəfindən məhv edildi”, – deyə İqnat bildirib.

O qeyd edib ki, bu hücum Ukrayna ərazisinə qarşı indiyə qədər müşahidə olunan ən böyük miqyaslı hava hücumudur.

Seçilən
299
50
editor.az

10Mənbələr