AZ

Rusiya böyük HÜCUMA HAZIRLAŞIR

Kreml 2025-ci ilin yayının ikinci yarısında Ukraynaya qarşı genişmiqyaslı hücum planı hazırlayır.

"Bakuinfo" xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Məlumata görə, Rusiya topladığı resurslardan, Şimali Koreyadan gətirilmiş dron və sursatlar da daxil olmaqla maksimum istifadə etməyə çalışacaq. Plan çərçivəsində Donetsk və Xarkov istiqamətlərində irəliləyişə nail olmaq, xüsusilə strateji aviasiya və “Şahed” dronları ilə kütləvi zərbələr endirmək nəzərdə tutulur.

Bu hücumların məqsədi Ukrayna Silahlı Qüvvələrini zəiflədərək, mümkün danışıqlardan öncə üstünlük qazanmaqdır.

“Bild” qeyd edir ki, Ukrayna təcili olaraq hava hücumundan müdafiə sistemlərini gücləndirməli və müttəfiqlərindən əlavə dəstək almalıdır.

Seçilən
20
1
bakuinfo.net

10Mənbələr