Ali Məhkəmədə “Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib.
Mia.az xəbər verir ki, ailə mübahisələri üzrə nikahın pozulması hallarının artan tendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdə məhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlli üsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqi məsələlərinin müzakirə edilməsi olub. Tədbirdə Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Respublikası Ali Məhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.