Bakı.Trend:
2025-ci ilin 8 iyul tarixində Azərbaycan Respublikasının AliMəhkəməsində “Ailə mübahisələrində mediasiya institutununtətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmimasa keçirilib.
Trend xəbərverir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.
Ailə mübahisələri üzrə nikahın pozulması hallarının artantendensiyası fonunda təşkil edilən tədbirin məqsədi bu istiqamətdəməhkəmə təcrübəsinin təhlili, mübahisələrin məhkəmədənkənar həlliüsullarına xüsusi yanaşmanın və beynəlxalq təcrübənin tətbiqiməsələlərinin müzakirə edilməsi olub. Tədbirdə Ali Məhkəmənin Mülkikollegiyasının sədri Sənan Hacıyev, Türkiyə Respublikası AliMəhkəməsi (Yargıtay) sədrinin müavini Adem Albayrak, AzərbaycanRespublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri NadirAdilov, eləcə də hakimlər, mediatorlar və aidiyyəti qurumlarınnümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı ailə institutunun əhəmiyyətinə toxunularaq qeydolunub ki, Azərbaycan Respublikasının Konstitusiyasında da ailəcəmiyyətin əsas özəyi kimi əks olunub. Bu baxımdan hər kəs ailəinstitutunun qorunmasına, ailədaxili münasibətlərin sağlaməsaslarda qurulmasına və mübahisələrin dinc, məhkəmədənkənaryollarla həllinə töhfə verməlidir. Bildirilib ki, alternativmübahisə həlli mexanizmlərinin tətbiqi tərəflər arasında qarşılıqlıanlaşmanın və sosial barışın təmin edilməsinə, habelə məhkəmələrdəiş yükünün azaldılmasına xidmət edir.
Bununla yanaşı, boşanmaların azalması məqsədilə ailəmübahisələrinin həllində xüsusi yanaşmanın tətbiqinin zəruriliyivurğulanaraq, alternativ həll üsullarının önəmi qeyd edilib.Həmçinin bildirilib ki, boşanmaların sayının azaldılması vəqanunvericiliyin və məhkəmə təcrübəsinin təkmilləşdirilməsi üçünbirgə əməkdaşlıq əsas prioritetlərdəndir. Bu istiqamətdə qardaşTürkiyənin müsbət təcrübəsinin faydalı olduğu vurğulanıb.
Sonra Mediasiya Şurasının İdarə Heyətinin üzvü Əli Nəbiyev“Azərbaycanda mediasiyanın tətbiqi və inkişaf dövrü” mövzusundatəqdimatla çıxış edərək, ölkəmizdə mediasiya institutununformalaşma mərhələləri və əldə olunmuş nailiyyətlərdən danışıb.Bildirilib ki, bu gün ailə mübahisələri mediasiya sahəsində 80 faizyer tutur və onların 30 faizi barışıqla həll olunur.
Sabunçu Rayon Məhkəməsinin hakimi Adilə Paşayeva isə “Ailəmübahisələrində mediasiya institutunun tətbiqinin effektivliyi vəməhkəmə təcrübəsində rast gəlinən problemlər” mövzusunda təqdimatlaçıxış edib, bu sahədə mövcud olan çətinliklər və mediasiyanınpotensial faydaları barədə iştirakçılara geniş məlumat verib.
Türkiyə Respublikası Ali Məhkəməsinin sədr müavini Adem Albayrak“Türkiyədə ailə mediasiyası təcrübələri və mediasiyamüqavilələrinin hüquqi qüvvəsi” mövzusunda çıxış edərək,mediasiyanın tarixi və qardaş ölkənin təcrübəsi haqqındaiştirakçılara ətraflı məlumat verib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi AparatınınHüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova ailə institutununəhəmiyyəti və onun cəmiyyətdəki rolunu qeyd edib. Məhkəmələrin ailəmübahisələrinin həllindəki əhəmiyyəti vurğulanıb və bu sahədə AliMəhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılmasınamühüm töhfə verildiyi diqqətə çatdırılıb.
Tədbir müzakirələrlə davam etdirilib, iştirakçılar arasındatəcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanlarınəzərdən keçirilib.