“Almaniya bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyə malikdir”.
Bakues.az Polşanın “Rzeczpospolita” qəzetinə istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.
Onun sözlərinə görə, Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq:
“Almanların bunun üçün lazım olan nüvə materialı var. Almanların ixtiyarında bütün lazımi texnologiyalar var. NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) şərtlərinə əməl olunması Avropa ölkələrinin maraqlarına cavab verir. Beynəlxalq münasibətlərdə heç bir dövlət, xüsusən də güclü dövlət altruizmi rəhbər tutmur, öz maraqlarından çıxış edir. Avropa ölkələri belə nəticəyə gəliblər ki, hər kəsin nüvə silahına sahib ola biləcəyi dünya fəlakətə gətirib çıxaracaq”.