AZ

"Almaniya nüvə silahı əldə edə bilər"

"Almaniya bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyə malikdir".

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

"Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq. Onlar bir neçə aya da hazırlaya bilərlər. Almanların bunun üçün lazım olan nüvə materialı var və bunu necə edəcəklərini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar var",- o bildirib.

MAQATE rəhbəri onu da qeyd edib ki, NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) şərtlərinə əməl olunması Avropa ölkələrinin maraqlarına cavab verir: "Beynəlxalq münasibətlərdə heç bir dövlət, xüsusən də güclü dövlət altruizmi rəhbər tutmur. O, öz maraqlarından çıxış edir. Avropa ölkələri belə nəticəyə gəliblər ki, hər kəsin nüvə silahına sahib ola biləcəyi dünya fəlakətə gətirib çıxaracaq".

Seçilən
4
4
operativmm.az

3Mənbələr