AZ

TÜRKPA nın azərbaycanlı Baş katibi bu tarixdən işə başlayacaq

ain.az, Modern.az portalına istinadən məlumat verir.

Milli Məclisin deputatı Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi fəaliyyətinə oktyabrın 15-də başlayacaq.

Bu barədə Modern.az-a açıqlamasında deputat Ramil Həsən özü bildirib.

Xatırladaq ki, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxstanın paytaxtı Astana şəhərində keçirilən 14-cü plenar sessiyasında Azərbaycan Milli Məclisinin deputatı Ramil Həsən TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin və millət vəkillərinin yekdil qərarı ilə təşkilatın yeni Baş katibi seçilib.

Qeyd edək ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi türkiyəli Mehmet Süreyya olub.

Ramil Həsən 2009–2013-cü illərdə də TÜRKPA-nın Baş katibi vəzifəsini daşıyıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
modern.az

10Mənbələr