AZ

Bakı və Sumqayıtda oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 9 iyul, AZƏRTAC

Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 9 min 799 manat pul və 4 min 580 manat dəyərində noutbuk və müşahidə kamerası oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xətai Rayon Polis idarəsinin (RPİ) 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt şəhəri ərazisində də oğurluq hadisəsi qeydə alınıb. Bir evdən 4 min manat pul və 6 min 780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı C.Cabbarov və 34 yaşlı A.Qasımova saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
23
25
azertag.az

10Mənbələr