ain.az, Lent az portalına istinadən məlumat verir.
Bakının Xətai rayonu ərazisində yerləşən mağazaların birindən 9799 manat pul, 4580 manat dəyərində noutbuk və müşahidə kamerası oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 30 yaşlı M.Rəhimov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt şəhəri ərazisində də oğurluq hadisəsi qeydə alınıb. Bir evdən 4000 manat pul və 6780 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı C.Cabbarov və 34 yaşlı A.Qasımova saxlanılıblar.
Araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.