AZ

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AFFA rəhbərliyinin bölgələrə səfəri davam edir.

İdman.biz xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev, müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev və İnkişaf Strategiyasının icrası üzrə layihə qrupunun dövlət qurumları ilə əlaqələrinə məsul şəxs Ramazan Səmədov Qəbələ, Şəki, Qax və Zaqatala rayonlarına səfər ediblər.

Səfər çərçivəsində bölgələrin futbol infrastrukturu ilə tanış olunub, “Qəbələ”, “Sheki City”, “Zaqatala” klubları, yerli UGİŞM nümayəndələri ilə görüşlər keçirilib, mövcud vəziyyət müzakirə edilib.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
309
44
icma.az

10Mənbələr