ain.az, Mia.az portalına istinadən məlumat verir.
Osimhen transferi yekunlaşdıqdan sonra "Qalatasaray"ın diqqəti qapıçı mövqeyinin gücləndirilməsinə yönələcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sarı-qırmızılılar siyahıdakı namizədlərlə təmaslarını davam etdirir.
"İnter"in futbolçusu Yann Sommerin "Qalatasaray"a keçməyə razı olduğu bildirilir. Təcrübəli oyunçunun 2 illik müqavilə və illik 8 milyon avro maaş istədiyi bildirilir.
Sarı-qırmızılıların maraqlandığı digər ad isə Mark Andre Ter Ştegendir.
“Qalatasaray”ın digər hədəfi “Bernli”nin gənc qapıçısı Ceyms Trafforddur. İngiltərə mətbuatında çıxan xəbərlərə görə, Premyer Liqaya yüksələn "Bernli" 22 yaşlı qapıçını satmaq fikrində deyil.
Fərid
MİA.AZ
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.