AZ

İsti havada qəhvə təhlükəsi: Həkimlər xəbərdarlıq edir

İsti havalarda qəhvədən tamamilə imtina etmək və ya ən azı onu daha az içmək məsləhətdir.

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri Tatyana Klimenko deyib. 

Həkimin sözlərinə görə, kofein orqanizmdən mayeni daha sürətli şəkildə çıxarır və bu da susuzlaşmaya səbəb olur. Bu riskə görə yalnız qəhvədən deyil, tərkibində kofein olan digər içkilərdən də, məsələn, qara çay və koladan uzaq durmaq tövsiyə olunur.

Həkim əlavə edib ki, isti havalarda çox soyuq içkilər içmək də zərərlidir. Onun sözlərinə görə, bu cür içkilər soyuqdəyməyə səbəb ola bilər. Bundan başqa, aşağı temperaturda olan içkilər də damarların spazmına yol açır ki, bu da ürəyə zərər verir.

“Ümumiyyətlə, mən isti havalarda qəbul edilən maye miqdarını azaltmağı məsləhət görürəm. Çünki çoxlu maye böyrəklərə və ürəyə əlavə yük yaradır”, – deyə həkim bildirib.

Həmidə İbrahimova

Seçilən
43
31
olke.az

10Mənbələr