AZ

"Microsoft" süni intellektdən hesabına 500 milyon dollara qənaət edib

"Microsoft" ötən il öz çağrı mərkəzlərində süni intellektdən istifadə edərək 500 milyon dollardan çox qənaət edib.

"Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Texnologiya nəhəngi ötən həftə süni intellekt infrastrukturuna əhəmiyyətli investisiyalar hesabına xərclərini optimallaşdıraraq işçi qüvvəsinin təxminən 4%-ni ixtisar edəcəyini açıqlayıb. May ayında korporasiya bəyan edib ki, ixtisarlar təxminən 6 000 işçini əhatə edəcək.

"Microsoft"un baş kommersiya direktoru Cadson Althoff bildirib ki, süni intellekt alətləri satış, müştəri xidməti və proqram təminatının hazırlanması da daxil olmaqla bir neçə seqmentdə məhsuldarlığı artırmağa kömək edir. Şirkət həmçinin daha kiçik miqyaslı müştərilərlə qarşılıqlı əlaqə üçün süni intellektdən istifadə etməyə başlayıb. Bu təşəbbüs artıq şirkətə on milyonlarla dollar gətirməyə naşlayıb.

Seçilən
41
1
report.az

10Mənbələr