AZ

PSJ DÇ-nın finalına gedən yolda “Real”a reallığı bu qollarla başa saldı - VİDEO

Klublararası dünya çempionatının ikinci finalçısının adına aydınlıq gətirilib.

Sportinfo.az xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatındakı yerləşən “MetLife” arenasında Fransa çempionu PSJ İspaniya nəhəngi “Real”la üz-üzə gəlib.

Görüş fransızların 4:0 hesablı darmadağını ilə başa çatıb. Paris təmsilçisinin qollarını dubla imza atan Fabian Ruis, eləcə də Osman Dembele və Qonçalo Ramos vurub.

Beləliklə, finalda PSJ ilə “Çelsi” üz-üzə gələcək. Final görüşü iyulun 13-də baş tutacaq.

PSJ – "Real" (Madrid) 4:0
Qollar
: Fabian Ruiz, 6, 24, Osman Dembele, 9, Ramos, 90

Seçilən
37
1
sportinfo.az

10Mənbələr